Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şenol Güneş Azərbaycan millisində işləmək üçün AFFA-dan aldığı təklifdən danışdı - FOTO
Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Güneş Azərbaycan millisində işləmək üçün AFFA-dan təklif alıbmış.
Bu barədə “Report”a müsahibəsində 71 yaşlı mütəxəssisin özü açıqlama verib.
O bildirib ki, həmin vaxt yığmanı çalışdırmaq istəyi olsa da, bunu həyata keçirə bilməyib:
“Qarşı tərəfdən yaxınlıq hiss etdim. Hər şey mühitdən asılıdır. Məşqçilik karyeramın son dönəmlərini yaşayıram. Hazırda “Beşiktaş”ın sükanı arxasındayam. Amma əvvəllər belə təklif olub”.
Ş.Güneşin sözlərinə görə, önəmli olan yığmanın başına keçmək deyil, inkişafa töhfə verməkdir:
“İşlədiyiniz yerə xeyir verirsinizsə, orada iz qoyarsınız və hər zaman adınız çəkilər. “Beşiktaş”da da buna görə xoşbəxtəm. Bu hissi daha əvvəl “Trabzonspor” və Cənubi Koreya yığmasında da yaşadım. Məni özlərindən biri sayırlar”.
Təcrübəli mütəxəssis bundan sonra Azərbaycan millisinə rəhbərlik etməsinin qeyri-mümkün olduğunu söyləyib:
“Mən olmasam belə, buraya fayda verə biləcək həmkarlarım gəlsələr, sevinərəm. Amma iz qoymayacaqlarsa, gəlməsinlər”.
Şenol Güneşlə geniş müsahibə yaxın saatlarda “Report”da olacaq.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Azərbaycan klubu çempionatdan kənarlaşdırıldı
- Rusiya seçməsi Azərbaycan millisi ilə oyun keçirmək istəyir
- Azərbaycanın daha bir bölgəsində yeni stadion inşa ediləcək
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək
- "Şamaxı" klubunun futbolçusu oyun alveri ilə məşğul olduğunu etiraf edib
Rəylər