Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Serbiya klubunun rəsmiləri Olavio Juninyonun "Lion"la görüşünü izləyəcəklər
"Qarabağ"ın hücumçusu Juninyo "Srvena Zvezda"nın transfer siyahısında yer alıb.
Apasport.az xəbər verir ki, UEFA Çempionlar Liqasında mübarizə aparan Serbiya nəhəngi Ağdam klubunun braziliyalı forvardını yayda heyətinə qatmaqda israrlıdır.
"Srvena Zvezda" bir çox klubun transfer siyahısında yer almış Juninyonu heyətinə qatmaq üçün "qabağa düşmək" istəyir. Serbiya çempionunun skautları bu gün Avropa Liqasının 5-ci turunun "Qarabağ" - "Lion" görüşünü stadiondan canlı izləməyi planlaşdırırlar. Olavionu komandalarında görmək istəyən serblər onu daha yaxından izləmək niyyətindədirlər.
Juninyo ötən mövsümün əvvəlində "Çaveş"dən "Qarabağ"a keçib. 28 yaşlı futbolçu müqaviləyə əsasən, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.
Qeyd edək ki, Juninyo daha əvvəl "Atletiko Paranaense", "Portimonense", "Novorizontino", "Fiqeyrense", "Eştoril", "Vila Nova" komandalarında çıxış edib.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- "Mançester Yunayted" bu mövsüm Avropada uduzmur
- "Yatın, sonra da qələbə gözləyin" - Mourinyo "Fənərbağça" azarkeşlərindən gileyləndi
- Joze Mourinyo mətbuat konfransı zamanı sualı uzadan jurnalisti ələ saldı – Xoruldadı
- UEFA Avropa Liqası: "Ayaks" uduzdu, "Latsio" qalib gəldi
- UEFA Avropa Liqası: "Roma" son dəqiqələrdə qələbə qazandı