Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Serhat Akına hücum edənlərin şəxsiyyətləri müəyyənləşdi: İki nəfər saxlanıldı
Türkiyədə keçmiş futbolçu Serhat Akının güllələnməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat verib.
Yerlikaya Serhat Akına hücum edənlərin şəxsiyyətlərinin müəyyən edildiyini və 4 nəfər şübhəlidən ikisinin saxlanıldığını bildirib.
"Beykoz rayonunun Kavacık məhəlləsində futbol şərhçisi Serhat Akının yaralanması ilə bağlı İstanbul Polis İdarəsinin apardığı araşdırmalar nəticəsində hücumu həyata keçirən və motosikletlə qaçan şəxslərin hadisə yerində başqa bir avtomobillə birlikdə hərəkət etdiyi müəyyən olunub. Şübhəlilərin saxlanılması üçün axtarış tədbirləri başlayıb. Həmçinin hadisədə dörd nəfərin əli olduğu məlum olub. Onlardan ikisi saxlanılıb.
Motosikleti idarə edən və silahdan atəş açan şəxslərin tutulması istiqamətində işlər davam etdirilir.
Mövzu ilə bağlı ciddi şəkildə istintaq prosesləri aparılır", - deyə daxili işlər naziri qeyd edib.
Beykoz ilçesi Kavacık Mahallesinde futbol yorumcusu Serhat Akın’ın yaralanması olayı ile ilgili olarak İstanbul Emniyet Müdürlüğümüzce yürütülen çalışmalar neticesinde:
— Ali Yerlikaya (@AliYerlikaya) September 28, 2024
Olayı gerçekleştiren motosikletin olay yerinde bulunan bir araçla birlikte hareket ettiği belirlenmiş, şüpheli…
Türkiyədə sabiq futbolçu Serhat Akının güllələnməsi məsələsi gündəmdən düşmür.
Oxu.Az xəbər verir ki, iki gün öncə silahlı hücuma məruz qalan "Fənərbağça"nın sabiq üzvünün təhdid olunduğu video üzə çıxıb.
"YouTube" kanallarından birində ekspertlik edən Can Arat Serhatı görüşə dəvət edib.
Qeyd edək ki, adıçəkilən şəxs də "Fənərbağça" akademiyasının yetirməsidir. Uzun illər bu komandanın şərəfini qoruyub.
Rəylər