Sərbəst güləş üzrə Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında çıxışını yekunlaşdırıb.
Oxu.Az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxıb.
O, həlledici qarşılaşmada polşalı Zbiqnev Mateuş Baranovskini 9:1 yenərək, karyerasında ilk dəfə Avropa çempionu olub.
Bununla da Saypulla Absaidovun rəhbərlik etdiyi yığmamız qitə birinciliyində üç qızıl, bir gümüş və iki bürünc medala sahib olub.