Serxio Buskets bu mövsümün sonunda futbolla vidalaşacaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ispaniyalı jurnalist Naço Qarsiya açıqlayıb.
Onun sözlərinə görə, yarımmüdafiəçi artıq qərarını verib. Hərçənd, o niyyətini rəsmiləşdirməyib.
Məlumata görə, Buskets 2025-ci il MLS mövsümünün sonunda noyabr və ya dekabr ayında karyerasını bitirdiyini elan edəcək. Onun təqaüdə çıxdıqdan sonra nə edəcəyi hələlik məlum deyil.
Futbolçunun "Barselona"ya qayıdacağı istisna edilmir.