"Monterrey" klublararası dünya çempionatı öncəsi portuqaliyalı hücumçu Kriştianu Ronaldunu transfer etməkdə maraqlıdır.
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şira məlumat verib.
Mənbənin məlumatına görə, Ronaldunun "Real Madrid"dəki keçmiş komanda yoldaşı, Meksika klubunun müdafiəçisi Serxio Ramos 40 yaşlı futbolçunu komandaya cəlb etməyə çalışır.
Klublararası dünya çempionatı 15 iyun - 13 iyul tarixlərində keçiriləcək. "Monterrey" E qrupunda "İnter", "River Pleyt" və "Urawa Red Diamonds" klubları ilə mübarizə aparacaq.