“Sevilya”nın futbolçusu Serxio Ramos İspaniya La Liqasının tarixinə düşüb.
Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb. 37 yaşlı müdafiəçi buna ölkə çempionatının V turunda “Las Palmas”la (1:0) görüşdə meydana çıxmaqla nail olub.
Ramosun “Sevilya”nın heyətində birinci dönəmindəki son oyunu ilə komandaya qayıtdıqdan sonra meydana çıxdığı ilk görüş arasında 18 il 20 gün fərq var. Bu isə La Liqa tarixində bir futbolçunun eyni klubda ardıcıl iki oyunu arasındakı ən uzun fərqdir.
Ulduz oyunçu 17 il 216 gündən sonra “Vilyarreal”a qayıdan Pepe Reynanın rekordunu yeniləyib.
Qeyd edək ki, S.Ramos bu yay Fransanın PSJ klubundan ayrıldılqdan sonra “Sevilya”ya qayıdıb. O, 2004-2005-ci illərdə yetirməsi olduğu Əndəlüs klubunun əsas komandasında çıxış edib.
Rəylər