Serxio Ramos "Monterrey"dən ayrıldığını açıqlayıb.
Oxu.Az sports.ru-ya istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçinin müqaviləsi ilin sonunda bitir.
"Bu, mənim Meksikadakı son oyunum idi", - Ramos "Toluka" ilə Meksika çempionatının yarımfinal matçından sonra bəyan edib.
Qeyd edək ki, Ramos oyunda qol vursa da, komandası 2:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Ramos cari ilin fevral ayında "Monterrey"ə qoşulmuşdu.