Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Serxio Ramosun evi qarət olunub
İspaniyanın “Sevilya” klubunun futbolçusu Serxio Ramosun evi qarət olunub.
Hadisə sentyabrın 20-də Əndəlus təmsilçisinin UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda Fransa “Lans”ına qarşı ev oyunu (1:1) zamanı baş verib.
Həmin vaxt evdə 37 yaşlı müdafiəçinin dörd övladı və onların iki müəllimi olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, Serxio Ramos bu yay Fransanın PSJ klubundan 18 il əvvəl formasını geyindiyi “Sevilya”ya qayıdıb.
Mənbə: france24.com
"Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA ispaniyalı hakimləri Avrokubok oyunlarından uzaqlaşdırıb
- "Bavariya" - "Benfika" matçı zamanı bədbəxt hadisə yaşanıb
- "Barselona" 97 il sonra ilkə imza atıb
- "Srvena Zvezda" ilə görüşdə zədələnən Kubarsinin üzünə tikiş qoyulub
- ÇL-in Liqa mərhələsində IV turun son oyun gününün ən yaxşı futbolçuları
Ən çox oxunanlar