Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Səudiyyə Ərəbistanında Argentina üzərindəki qələbədən sonra istirahət günü elan edildi
Səudiyyə Ərəbistanı DÇ-2022-də Argentinanı məğlub etdikdən (2:1) sonra ölkədə istirahət günü elan edilib.
Kral Salman bin Əbdül-Əziz Əl Səud sabah, noyabrın 23-də iqtisadiyyatın dövlət və özəl sektorunun bütün işçilərinə istirahət günü veriləcəyini təsdiqləyib.
Bundan əlavə, ölkənin bütün tələbə və məktəbliləri də istirahət günü alacaqlar.
Qeyd edək ki, bugünkü qələbə Səudiyyə Ərəbistanının dünya çempionatlarında yalnız dördüncü qələbəsi olub.
Mənbə: sports.ru
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar