Səudiyyə Ərəbistanı Pro Liqasının 33-cü turu çərçivəsində "Ən-Nəsr" evdə "Əl-Xalic"i qəbul edib.
Oxu.Az xəbər verir ki, matç Kriştianu Ronaldunun komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.
Duran 10-cu dəqiqədə "Ən-Nəsr"i hesabda önə çıxarıb. 90+7-ci dəqiqədə isə portuqaliyalı hücumçu 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə yekun hesabı müəyyənləşdirib.
Kriştianu Ronaldu bununla karyerasında vurduğu qolların sayını 935-ə çatdırıb.
Aktivində 67 xal olan "Ən-Nəsr" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.