Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turunda "Ən-Nəsr" və "Əl-Feyha" komandaları arasında oyun keçirilib.
Oxu.Az-ın məlumatına görə, "Ən-Nəsr" 2:1 hesabı ilə qələbə qazanıblar.
13-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Hason komandasını hesabda önə çıxarıb. 37-ci dəqiqədə "Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu hesabı bərabərləşdirib. 90+14-cü dəqiqədə Ronaldu dubl edərək komandasına qələbə qazandırıb.
Yeddi turun nəticəsinə görə, "Ən-Nəsr" 21 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində birinci yeri tutur. "Əl-Feyha" isə səkkiz xalla 10-cu pillədə qərarlaşıb.