İtaliyanın “Tuttikuoyo” klubunun D seriyasının oyunçusu Federiko Dzini keçmiş sevgilisini öldürüb.
Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Football Italia məlumat yayıb.
Futbolçunun mayın 27-də 25 yaşı olacaqdı. Ad günündən öncə o, sevgilisinin yanına gedərək onunla barışmaq istəyib. Qızın etirazından sonra onlar arasında mübahisə yaranıb. Qonşular güllə səsi eşitdikdən sonra polisə zəng edib.
Bundan sonra Dzini qızın cəsədini maşına qoyaraq evdən uzaqlaşıb. Daha sonra Dzini özü də intihar edib. Onların cəsədləri göl kənarında tapılıb.