Millimizin kapitanı Maksim Medvedev bu gündən yığmamızın düşərgəsinə qoşulacaq.
Oxu.Az xəbər verir ki, martın 15-dən etibarən Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışındadır.
“Qarabağ” klubunun futbolçusu Maksim Medvedev millimizin italiyalı baş məşqçisi Canni De Byazidən şəxsi səbəblər üzündən icazə aldığından toplanışa qatılmamışdı.
O bu gündən milli komandanın toplanışına qoşulmaqla, yığmanın 31-ci futbolçusu olacaq.