Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirində iştirak edən rusiyalı sabiq dünya çempionu Vladimir Kramnik Şəhriyar Məmmədova uduzduqdan sonra mətbuat konfransına gəlmədiyi üçün üzr istəyib.
Oxu.Az xəbər verir ki, bu gün 6-cı turun başlanmazdan əvvəl, o hakimlərə yaxınlaşaraq, mətbuat konfransında iştirak etməməyinin səbəbini açıqlayıb. Krimnik 7 saata yaxın gərgin mübarizədən sonra yorulduğunu bildirib. Rusiyalı şahmatçı baş verənlərə görə üzr istəyib, və söz verib ki, bundan sonra turnirin bütün mətbuat konfranslarında iştirak edəcək.
Qeyd edək ki, Kramnik bugün italiyalı Fabiano Karuno ilə görüşdə də məğlubiyyət ilə üzləşib.
F.H.
www.oxu.az