Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone La Liqanın 23-cü turunda “Barselona”ya qarşı keçiriləcək qarşılaşmadan əvvəl açıqlamalar verib.
“2016-cı ildə Xavi “Atletiko”nun oynadığı üslubun böyük klublar üçün olmadığını demişdi. İndi onun imkanı var ki, öz komandasında istədiyi, oynamağa öyrəşdiyi üslubu ortaya qoya bilsin. Biz rəqiblərimizə narahatlıq yaratmaq üçün oynamağa çalışırıq. Əgər sən bütün ömrünü müəyyən şəraitdə yaşamısansa, digərlərini anlaya bilməyəcəksən.Mənim onun fikirlərinə hörmətim var, bütün karyerası boyu “Barselona”da yaxşı oynamaq üçün kifayət qədər ustalığı olub. Onun partnyorları böyük futbolçular olub, bir çox uğura nail olublar. İndi o özünü məşqçi kimi göstərməlidir, əminəm ki, onda alınacaq”, - deyə D.Simeone bildirib.
Mənbə: Sports.ru