Bir müddətdir itkin düşən 24 yaşlı avstraliyalı xizəkçi Brittany Corcun cəsədi tapılıb.
Bu barədə “Haber Global” xəbər yayıb.
Sonuncu dəfə Kvinslenddə görüntülənən məşhur idmançının ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Avstraliya Qış Olimpiya İnstitutunun üzvü olan Brittani Corc bir çox beynəlxalq yarışlarda iştirak edib, hətta Pekində başlayan Qış Olimpiya Oyunlarında iştirak hüququ qazanmışdı. Lakin o, bel zədəsi səbəbindən 2021-ci ilin oktyabrında idmanı tərk etməli oldu.
Gənc qadının bu hadisədən çox mənfi təsirləndiyi bildirilib. Həmin vaxt mətbuata verdiyi açıqlamada Brittani - “Hər şeyimi verdim, amma idman belədir. Ya hər şeydir, ya heç nə”, - demişdi.