Rusiyanın Futbol İttifaqının birinci vitse-prezidenti Nikita Simonyan Rusiya futbolunun bir sıra həssas məsələləri üzrə, o cümlədən də Rusiyanın gənclərdən ibarət yığmasının Azərbaycana 0:3 hesabı ilə məğlub olmasına dair öz fikrini bildirib, Oxu.Az xəbər verir.
“Bizim gənclərdən ibarət yığmamızın Azərbaycan komandasına son məğlubiyyəti yolverilməzdir. Qətiyyən...”, - əslən Ermənistandan olan RFİ-nin birinci vitse-prezidenti bildirib.
Xatırladaq ki, Azərbaycan və Rusiyanın gənclərdən ibarət futbol üzrə yığmalarının matçı noyabrın 17-də baş tutub. Bu, Avropa-2017-nin seçmə turunun görüşü idi.
F.H.
www.oxu.az