"Qarabağ" güclü rəqib olduğunu sübut edib".
Oxu.Az xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.
"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Onlar bizdən çox yaxşı oynadılar. Xüsusilə ilk hissədə çox pis təsir bağışladıq. Başlıca problemlərimizdən biri erkən qollar buraxmağımız oldu. Çempionlar Liqasında rəqiblər hər zaman güclü təsir bağışlayırlar. Sabahdan bu məğlubiyyəti təhlil edəcəyik. Artıq Avropa Liqasının pley-off mərhələsi barədə düşünəcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" oyunu Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Anar Həsənov