UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya qalib gələn "Qarabağ" pley-offa adlayıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.
Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35), Leandro Andrade (59) "Qarabağ"ın 5:1 hesablı qələbəsində pay sahibi olublar.
Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən "Şkendiya"nı mübarizədən kənarlaşdıran "Qarabağ" adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.





"Qarabağ" doğma meydanda rəqibini darmadağın edir. Matçda altıncı qol vurulub.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın heyətində 59-cu dəqiqədə Leandro Andrade fərqlənib.
Matçda beşinci qol vurulub.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın heyətində 33-cü dəqiqədə Axundzadə, 36-cı dəqiqədə Yankoviç fərqləniblər.
"Qarabağ" - "Şkendiya" oyununda üçüncü qol vurulub.
Oxu.Az xəbər verir ki, hesabda geri düşən "Qarabağ" kollektivi 16 və 18-ci dəqiqələrdə fərqlənərək önə keçməyi bacarıblar.





UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" oyununda ilk qol vurulub.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabı açıblar.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" doğma meydanda "Şkendiya"nı qəbul edir.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşə start verilib.





UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" bu gün doğma meydanda "Şkendiya"nı qəbul edəcək.
Oxu.Az xəbər verir ki, görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Xatırladaq ki, görüşün qalibi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" - "Ludoqorets" cütünün qalibi ilə üz-üzə gələcək. Hər iki cütün məğlubu isə UEFA Avropa Liqasının pley-off mərhələsində, Liqa mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, "Qarabağ"la "Şkendiya" arasında keçirilən ilk görüşü təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
12 avqust
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
Saat 20:00, "Qarabağ" - "Şkendiya".