Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya - Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan millisinin oyunçusunun karikaturası öz əksini tapıb.
Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb.
Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.

E.Ə.
www.oxu.az