“Qalatasaray”da gələcəyi sual altında olan Uesli Sneyder komandadan ayrılmayacağını açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə şəxsi “İnstagram” səhifəsində məlumat verən hollandiyalı ulduz sabah tibbi müayinədən keçdikdən sonra komanda ilə məşqlərə başlayacağını bildirib.
Amma klub rəsmiləri baş məşqi Tüdorun onu komandada istəmədiyini və futbolçu ilə müqavilənin ləğvi ilə bağlı danışıqlar getdiyini bildirib.
Bu isə “Qalatasaray” azarkeşlərinin qəzəbinə səbəb olub.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi 2013-cü ildən İstanbul klubunda çıxış edir.