“Qalatasaray”dan ayrılan Uesli Sneyder karyerasını Fransada davam etdirəcək.
Oxu.Az cbcsport-a istinadən xəbər verir ki, hollandiyalı futbolçu Nitsaya gedib.
Sneyderin sabah tibbi müayinədən keçəcəyi, daha sonra “Nitsa” klubu ilə müqavilə bağlayacağı gözlənilir. Müqavilənin müddəti 1+1 illik nəzərdə tutulub.
33 yaşlı yarımmüdafiəçinin illik qazancı 1.8 milyon avro olacaq.
Qeyd edək ki, Sneyder bu yay 2012-ci ildən çıxış etdiyi “Qalatasaray”la müqaviləni qarşılıqlı şəkildə ləğv edib.
E.Ə.
www.oxu.az