Bu gecə futbol üzrə Braziliyada təşkil olunan dünya çempionatının son oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, məşhur Marakana stadionunda keçiriləcək final qarşılaşmasında Argentina ilə Almaniya milliləri görüşəcəklər.
Oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.