Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov Bakıya gəlib.
“Report”un məlumatına görə, 30 yaşlı idmançı təmsilçisi olduğu “Best of the best” təşviqat qrupunun dəvəti ilə Vətənə təşrif buyurub.
Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər və media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Çingiz Əlləzov son olaraq “ONE Fight Night 13” turnirində ermənistanlı Marat Qriqoryanı məğlub edib.
Daha çox foto burada: PhotoStock.az
Rəylər