Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sonuncu oyununda het-trikə imza atan Mahir Emreli komandasını rekordçu etdi
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin vidalaşdığı "Nürnberq" klubu II Bundesliqada tarixi rekorduna imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Club Fokus" nəşri məlumat yayıb.
Rekord komandanın sonuncu - 34-cü turda "Ayntraxt" (Braunşveyq) komandasına 4:1 hesabı ilə qalib gəldiyi matçda qeydə alınıb. "Nürnberq" ilk dəfə II Bundesliqada bir qarşılaşmanın ilk hissəsində 4:0 hesabı ilə önə keçib.
Həmin matçda Azərbaycan millisinin hücumçusu Mahir üç qol vuraraq het-trik edib.
Qeyd edək ki, Emreli cari mövsümdə bu klubda 11 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
"Almaniya Bundesliqası" teqi üzrə xəbərlər
- "Araz-Naxçıvan" Almaniya millisində oynamış yarımmüdafiəçini transfer edib
- Avropanın "TOP-5" liqasında çempionluq yaşayan yeganə baş məşqçi – Karlo Ançelotti
- Acun Ilıcalı Mahir Emreliyə zəng edib
- Mahir Emreli: "İnsanlar məni görməzdən gəliblər"
- İbizada dincələn Mahir Emrelinin danışıqlar apardığı Almaniya klubları bəlli oldu
Ən çox oxunanlar