Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sorğunun nəticələri açıqlandı: İdman zalı məşqçiləri insanlara dopinq təklif edir
60 faiz dopinqdən istifadə edənlər buna idman zalı məşqçiləri tərəfindən sövq edilib.
Bu nəticə Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) steroidlərdən istifadənin yayılması ilə bağlı keçirdiyi sorğundan aydın olur.
AMADA-nın keçirdiyi mətbuat konfransında bildirilib ki, 28 faiz dopinq istifadəçiləri buna sosial media reklamlarından sövq ediliblər, 12 faiz isə məşqçi və həkimlər tərəfindən yanlış bilgi sayəsində dopinqdən istifadə ediblər.
Dopinqdən istifadəyə meyilli olanların 52 faizinin 19-28 yaş aralığındakı insanlar olduğu qeyd olunur.
Səbuhi Musayev
Ən çox oxunanlar