Rusiyanın stend atıcılığı üzrə çempionu Vladislav Loşakov intihar edib.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
REN TV-nin məlumatına görə, 20 yaşlı atıcının meyiti noyabrın 13-də ölkə paytaxtının cənubi-şərqində aşkar edilsə də, bu haqda məlumat yalnız indi yayılıb. Hadisə yerində polislər Loşakovun idman silahını və ölümündən öncə yazdığı məktubu tapıblar. Məktubda gənc adam “həyatdan” yorulduğunu yazmışdı.
Loşakov noyabrın 6-da Lyublino rayonunda itkin düşmüşdü. Evdən çıxaraq məşqə getmiş və geri qayıtmamışdı, onun itməsi barədə valideynləri bildiriblər.
Loşakov 2016-cı ildə 20 yaşına qədər idmançılar arasında komanda yarışlarında Rusiya çempionatının qızıl medalını qazanıb.
E.Ə.
www.oxu.az