"Ştutqart" mərakeşli futbolçu Bilal El Xannusla yollarını ayırmaq variantını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, Almaniya klubu 22 yaşlı hücumameyilli yarımmüdafiəçini qış transfer pəncərəsində satmağa hazırdır.
İnsayder Florian Plettenberqin yaydığı məlumata görə, "Ştutqart" oyunçunun satışından bonuslar da nəzərə alınmaqla, təxminən 40 milyon avro qazanmağı planlaşdırır.
El Xannusla maraqlanan klublar arasında Türkiyənin "Qalatasaray" komandası da var. İstanbul təmsilçisi vəziyyəti yaxından izləsə də, hələlik transfer istiqamətində konkret addım atmayıb.
Qeyd edək ki, mərakeşli futbolçunun "Ştutqart"la müqaviləsi 2030-cu ilin yayına qədərdir. O, cari mövsümdə 12 matçda iştirak edib və bir qol vurub.