Birinci Avropa Oyunları çərçivəsində iyunun 15-də su polosu üzrə yarışları davam edir.
Oxu.Az xəbər verir ki, kişilərin yarışında Macarıstan millisi Rumıniya yığmasını böyük hesabla məğlub edib -18:3.
Qadınların mübarizəsində isə Böyük Britaniya millisi 13:9 hesabı ilə İsrail komandasına qalib gəlib.
15:38
Birinci Avropa Oyunları çərçivəsində iyunun 15-də su polosu üzrə yarışları davam etdirilir
Oxu.Az xəbər verir ki, kişilərin yarışında İspaniya millisi Slovakiya yığmasına 14:9, İtaliya komandası Ukrayna kollektivinə 18:6 hesabla qalib gəlib.
Qadınların mübarizəsində isə İspaniya millisi slovakiyalıları böyük hesabla məğlub ediblər – 20:4.
12:19
Bakı-2015 I Avropa Oyunlarında bu gün su polosu yarışlarında növbəti oyunlar keçiriləcək.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, Vaterpol Arenasında kişilər III, qadınlar isə VI turun görüşlərinə çıxacaqlar.
Kişi komandaların yarışında B qrupunda yer alan Azərbaycan yığması növbəti ağır sınağına çıxacaq. İlk iki qarşılaşmadan məğlub ayrılan komandamız saat 18:45-də Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qadınların mübarizəsində də maraqlı oyunlar gözlənilir. A qrupunda Yunanıstan – Almaniya və Hollandiya – Macarıstan qarşılaşmaları gərgin mübarizə vəd edir.
B qrupunda ilk 3 turu itkisiz başa vuran Rusiya millisi bu uğurlu seriyanı daha bir güclü komanda İtaliya önündə də davam etdirməyə çalışacaq. Həmçinin İspaniya – Slovakiya qarşılaşması da az maraq kəsb etmir.