“Barselona”nın hücumçusu Luis Suares İspaniya Kral Futbol Federasiyası (RFEF) tərəfindən 2 oyunluq diskvalifikasiya edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə kataloniya klubunun rəsmi saytında məlumat verilir.
Diskvalifikasiyaya səbəb uruqvaylı futbolçunun İspaniya kubokunun 1/8 final mərhələsində “Espanyol” komandasına qarşı matçdan sonra xoşəgəlməz davranışı olub.
Oyundan sonra Suares “Espanyol” futbolçularını “tullantı” adlandırıb, və bundan sonra futbolçular arasında qalmaqal yaşanıb.
“Barselona” RFEF-in qərarına apelyasiya verəcəyini bildirib. Əgər qərar qüvvədə qalsa, Suares “Espanyol” ilə cavab qarşılaşmasını buraxacaq.