“Barselona”nın 30 yaşlı uruqvaylı futbolçusu Luis Suarez Instagram səhifəsində PSJ komandasına keçən Neymara təsirli paylaşım həsr edib.
Oxu.Az-ın xəbərinə görə, Suarez komanda yoldaşına gələcəkdə uğurlar arzulayıb.
“Əziz dost, sənə gələcəkdə uğurlar arzulayıram. Bütün bu müddət ərzində səndən gördüyüm dəstəyə görə təşəkkür edirəm. Özün kimi ol və heç vaxt dəyişmə, mənim əziz qardaşım”, - Luis Suarez yazıb.
Xatırladaq ki, 25 yaşlı braziliyalının PSJ-yə transferi son günlərdə gündəmə çevrilib. Transferin qiyməti 222 milyona avro təşkil edəcək.
Futbolçunun keçidi barədə hələlik rəsmi məlumat yoxdur.
S.B.
www.oxu.az