UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda bu gün təşkil edilməli olan mətbuat konfransında rəqib komandanın baş məşqçisi Tamaş Peto iştirak etməyəcək.
Oxu.Az xəbər verir ki, buna səbəb rəqib komandanın təyyarəsinin gecikməsi olub.
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı isə bu gün saat 19:30-da baş tutacaq. Saat 20:00-da isə komandanın oyunöncəsi son məşqi olacaq.
Komandalar iyulun 25-də saat 20:00-da üz-üzə gələcəklər.