2023/2024 mövsümünə hazırlıqları Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.
"Gənclik şəhəri" təmsilçisindən "Report"a verilən məlumatına görə, komanda israilli yarımmüdafiəçi Roi Kahatı heyətinə cəlb edib.
Klubun düşərgəsinə qatılan oyunçu ilə 2 illik sözləşmə bağlanılıb.
Qeyd edək ki, Roi Kahat karyerası ərzində ölkəsinin "Makkabi Təl-Əviv", "Hapoel Bir Şeva", "Makkabi Yavne", "Makkabi Hayfa", "Makkabi Netanya", həmçinin Avstriyanın "Avstriya" (Vyana) klublarında forma geyinib. 31 yaşlı futbolçunun son komandası "İroni Kiryat Şmona" olub.
13:36
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” daha bir legioneri “rənglərinə bağlamağa” yaxındır.
Sport24.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” israilli yarımmüdafiəçi Roy Kahatla ortaq məxrəcə gəliblər.
31 yaşlı orta sahə oyunçusu bu gün tibbi müayinədən sağlam çıxacağı halda onunla bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində İsrail klubları ilə yanaşı, 2015/16 mövsümündə Avstriyada legioner həyatı yaşayıb. Onun son klubu isə Kryat Şimoni təmsilçisi “İroni” olub. O bu komandanın heyətində 97 matçda 14 dəfə fərqlənib.