2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.
Klubdan Oxu.az-a verilən məlumata görə, son mövsümü İran Yüksək Liqasının təmsilçisi “Pars Cənubi” klubunda keçirən Azərbaycan əsilli Adəm Həmati ilə 1+1 illik müqavilə imzalanıb.
Kanadada doğulmuş 25 yaşlı sağ cinah yarımmüdafiəçisi Sumqayıt komandasında “21” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Kanadanın “Toronto” klubunun akademiyasının yetirməsi olan Adəm Həmati peşəkar karyerasına 2014-cü ildə Fransanın “Nitsa” klubunun əvəzedici heyətində başlayıb. Daha sonra isə İranın “Persepolis” klubuna keçən Adəmin son klubu “Pars Cənubi” komandası olub.