“Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal Almaniyada problemlə üzləşib.
Bu barədə sportinfo.az saytı məlumat yayıb.
Bildirilib ki, türkiyəli funksionerin sənədlərində problem yarandığından, o, Azərbaycana vaxtında dönə bilməyib.
Sünal Frankfurt hava limanından geri qaytarılıb. Mənbə yazır ki, klubun aşağı yaş qrupları komandalarının yeni mövsüm üçün planlarının müyyənləşməməsi bu yubanma ilə əlaqədardır.
Ancaq Oxu.Az bu məsələni dəqiqləşdirmək üçün “Sumqayıt”la əlaqə saxlayıb. “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında məlumatı təsdiqləməyib:
“Hakan Sünal iki gündür ki, Azərbaycandadır. Hazırda AFFA-nın aşağı yaş qrupu üzrə komandalarla bağlı videoiclasında iştirak edir”.
Qeyd edək ki, Hakan Sünal ötən ilin aprelindən “Sumqayıt” Akademiyasının rəhbəridir. Onunla iki illik müqavilə bağlanılıb.
Səbuhi Musayev