Masazırdakı Bank Respublika Arenada keçirilən "Sabah" - "Sumqayıt" oyununda texniki səbəbdən fasilə yaranıb.
Oxu.Az xəbər verir ki, oyunun dayanmasına səbəb projektorda yaranan problem və işığın sönməsi olub.
Təxminən 20 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən davam etdirilib.