Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına şəhər stadionu artıq uzun müddətdir ki, istifadə olunmur. Bunun səbəbi isə idman qurğusunun rekonstruksiyaya hazırlanmasıdır. Stadionun direktoru Rizvan Rəsulov bildirib ki, ötən ildən bu günə qədər stadionda heç bir oyun keçirilmir.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, stadion 15 000 tamaşaçı üçün nəzərdə tutulub. Yenidənqurmadan sonra tamaşaçı yerlərinin sayının artırılacağı gözlənilir.
Direktorun sözlərinə görə, stadionun layihəsi hələ ki, təsdiq olunmayıb. Bir neçə layihə variantı müzakirə olunur. Layihə təsdiq ediləndən sonra yenidənqurma işləri başlayacaq.