28 May - Respublika Günü münasibətilə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 75 aztəminatlı ailənin uşağı sünnət olunub.
Oxu.Az xəbər verir ki, xəstəxananın baş həkimi Telman İbadovun Lent.az-a bildirdiyinə görə, bu aksiya əsasən bayram günlərində keçirilir:
“Sonuncu dəfə 10 mayda, Heydər Əliyevin doğum günündə belə aksiya keçirmişdik. Bu kampaniyanın il ərzində müxtəlif bayram günlərində keçirilməsi davam edəcək”.
İndiyə kimi bu kampaniya çərçivəsində 3000-dən çox aztəminatlı ailənin uşağı sünnət edilib.