Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə sədr əvəzi təyin olunub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
“Nazir Heydər Əsədov “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədr səlahiyyətlərinin icrası ilə bağlı əmr verib. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavininə sədrin səlahiyyətlərini icra etmək həvalə olunub. Elşən Məmmədov müvəqqəti olaraq sədr vəzifəsini yerinə yetirəcək”, - deyib M.Hacıyev.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov səhhətində yaranmış problemə görə may ayının 21-də öz xahişi ilə vəzifədən azad olunub.