Respublika günü münasibətilə mayın 28-də Bakıda hərbçilərin yürüşü keçiriləcək.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcək.
Qoşunlarının nizami yürüşü saat 12.00-da başlayacaq.