“Sumqayıt”ın futbolçusu Aleksey İsayev subaylığın daşını atıb.
Oxu.Az xəbər verir ki, o, Katya adlı xanımla evlənib.
Cütlüyün nikah mərasimi Rusiyada baş tutub. 24 yaşlı yarımmüdafiəçi toy mərasiminə görə komandasına ölkə kubokunun 1/4 finalında “Neftçi”yə qarşı matçda kömək etməyib.
Qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb və “Sumqayıt” yarımfinala adlayıb.