“Dostlarımın və qohumlarımın çoxu koronavirusa yoluxub”.
Bunu Report-a açıqlamasında “Sumqayıt” futbol klubunun qapıçısı Mehdi Cənnətov Dağıstandakı durumla bağlı danışarkən deyib.
29 yaşlı qolkiper xəstəxanalarda insanların çox olduğunu söyləyib:
“Mənim ailə üzvlərimdən virusa yoluxan olmayıb. Ümid edirəm ki, bu kabus tezliklə bitəcək”.
Qeyd edək ki, Mehdi Cənnətov 2017-ci ildən “Sumqayıt”da çıxış edir. Dağıstan əsilli qapıçı 2019-cu ilin sonlarında Azərbaycan millisinin heyətinə dəvət alıb, lakin əsas komandada debüt etməyib.