3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində yarımfinalda mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, Bakı klubu 1/4 finalda Tailand millisi ilə qarşılaşıb.
Azərbaycan təmsilçisi bu görüşdə 19:12 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.
Yarımfinalda "Neftçi SOCAR" Kanada millisi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin 12:22 hesablı məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, Bakı klubu Dünya Qadın Seriyasının Takasaki mərhələsində finala yüksələ bilməyib.
Qaynar xətt:
(055) 224 12 12