Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tarixi uğura imza atmış idmançılarımız vətənə döndülər
Yaponiyanın Kobe şəhərində təşkil edilən dünya çempionatında tarixi uğura imza atmış paraatletika üzrə Azərbaycan milli komandası Vətənə dönüb.
Oxu.Az xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Lamiyə Vəliyeva (T13) 100 metr və 400 metr məsafəyə qaçışda, Orxan Aslanov (T13) və Səid Nəcəfzadə (T12) isə uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanıblar. Yarışı ümumilikdə 4 qızıl mükafatla başa vuran yığma ilk dəfə mundialda medal əyarına görə belə nəticə göstərib. Bu qələbəyədək ən yaxşı göstərici 2011-ci ildə Yeni Zelandiyada keçirilmiş dünya çempionatında (3 qızıl, 1 gümüş və 2 bürünc medal) qeydə alınıb.
Daha çox şəkil burada: PhotoStock.az
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Kubokunun qalibinə YENİ hazırlanmış kubok və medallar təqdim olunacaq
- Zaxarova: "Rusiya Azərbaycanla münasibətlərin bütün potensialının açılmasına köklənib"
- "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin sayı açıqlandı
- Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub
- Hacı İntiqam ulu öndərə verdiyi hədiyyədən danışdı