UEFA superkuboku uğrunda Tbilisidə avqust ayının 11-də “Dinamo arena” stadionunda keçiriləcək matçda “Barselona” və “Sevilya” görüşəcək.
Oxu.Az xəbər verir ki, Tbilisi bu miqyasda futbol görüşünü ilk dəfə qəbul edəcək.
Superkubok uğrunda oyuna Tbilisiyə Lionel Messi, Neymar, Suares, Andres İnyesta, Jerar Pike kimi dünya futbolunun ulduzları gələcək.
UEFA gürcü azarkeşləri üçün 30 min bilet ayrılıb, qalanları isə iştirak edən komandaların federasiyaları arasında müəyyənləşdiriləcək. Biletlərin qiyməti – 7,15 və 30 avrodur.
Biletləri biletebi.ge saytından almaq mümkündür, biletlərin əldə edilməsi zamanı bir nəfər yalnız 4 bilet ala bilər. Finala iki həftə qalmış bilet satışı dayandırılacaq, qalan biletlər stadionun kassasında satışa çıxarılacaq.
E.Ə.
www.oxu.az