Avropa tezliklə Rusiya ilə yalnız “Türk axını” qaz kəməri haqqında deyil, əlavə qüvvə haqqında da danışacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qazprom-un idarə heyətinin sədr müavini Aleksandr Medvedev bildirib.
“Biz Avropada sağlam təfəkkürün üstünlük təşkil etməsindən çıxış edirik və biz yalnız “Türk axını” layihəsi ilə avropalılara çatdırılan qazın bölünməsindən danışmayacağıq”, - o, “Avropaya qazın ixracı və çatdırılmasının etibarlılığının yüksəldilməsi” adlı mətbuat konfransında deyib.
Qazprom və Türkiyə şirkəti Botas 2014-cü ilin dekabr ayının 1-də Qara dənizdən keçərək Rusiyadan Türkiyə istiqamətində illik qüvvəsi 63 milyard kubmetr olan qaz kəmərinin inşasına dair qarşılıqlı anlayış barədə memorandum imzalayıblar.
1100 kilometrə yaxın uzunluğu olan qaz kəməri türk-yunan sərhədinə 47 milyard kubmetr qaz çıxaracaq. Yeni qaz kəməri barədə hökumətlərarası razılaşmanın 2015-ci ilin ikinci rübündə imzalanması, ilk qazın verilməsi isə 2016-cı ilin dekabrına planlaşdırılır.