Koronavirusdan ən çox zərər çəkən ölkələrdən sayılan İranda dörd klub futbol federasiyasına liqaların ləğv edilməsi ilə bağlı müraciət edib.
İHA-nın məlumatına görə, sözügedən klublar federasiyaya liqaya davam etmək istəmədiklərini çatdırıblar.
Təbrizin “Traktor”, “Maşın Sazi” klubları, həmçinin “Qol Qohar” və “Nassaci” komandaları qalan qarşılaşmalarda meydana çıxmaqdan imtina ediblər.
Bununla belə, İran çempionatında mübarizə aparan bəzi komandaların qalan 10 qarşılaşmanı oynamaq istədiyi qeyd olunur.
Federasiyanın məsələ ilə bağlı qərarının yaxın vaxtlarda açıqlanacağı gözlənilir.