http://www.cev.lu/Upload/Photo/SUSMANEK/20160127/NormalSize/210815_DSC_0665.jpg
Azərbaycanın qadınlardan ibarət voleybol klubu “Telekom” Çempionlar Liqasının 6-cı turunda qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, “rabitəçilər” Polşanın Vrotslavasında “İmpel” klubu ilə oynayıblar və 3:2 (25:18, 23:25, 25:16, 23:25, 15:11) hesabı ilə qalib gəliblər. Qələbəyə baxmayaraq “Telekom” qrupda sonuncu - dördüncü yeri tutaraq mübarizəni dayandırıb.
Play-offa bu dördlükdən Türkiyənin “Fənərbağça”sı və Almaniyanın “Drezdner” klubları çıxıb.