Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tərlan Əhmədov: "Bir il doqquz aydır ki, heç bir klubdan təklif almamışam"
Yerli mediada yayılan xəbərlərə görə, sonuncu iş yeri Gəncənin "Kəpəz" klubu olan Tərlan Əhmədov İmişlinin eyniadlı təmsilçisindən təklif alıb.
Bu barədə Oxu.Az-ın sorğusunu cavablandıran Tərlan Əhmədov xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
"Bir il doqquz aydır ki, heç bir klubdan təklif almamışam. Yayılan xəbərlər tamamilə yalandır. Məşqçi olaraq hər zaman gələn təklifləri dəyərləndirməyə və işə başlamağa hazıram. Amma, hazırda belə bir təklif almamışam",- deyə T.Əhmədov bildirib.
Qeyd edək ki, Tərlan Əhmədov baş məşqçi karyerası ərzində "Neftçi", "AZAL", "Keşlə" (indiki adı ilə "Şamaxı" - red.) klubunu və "Kəpəz"i çalışdırıb.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- "Son uçuş" filminin müəllifi DANIŞDI: "Hadisə hər kəs kimi mənə də çox təsir etdi"
- AZAL təyyarəsinin qəzasında ölən yeniyetmənin anası: "Məhəmmədəlinin arzusu həyata keçdi"
- Azərbaycan hava limanları yaz-yay uçuş cədvəlinə keçir
- Şəhid övladları üçün Ankarada texnodüşərgə təşkil olunub
- Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR VERDİ